Sən O Kəssən ki, Ey mənim Allahım, Sənin adlarınla xəstələr şəfa tapır, dərdlilər sağalır, susuzların yanğısı sönür, narahatlar sakitləşir, yolunu azanlar hidayət olunur, həqirlər ucalır, fəqirlər varlanır, cahillər ziyalanır, kədərlilərin üzü nurlanır, qəmginlər şadlanır, üşüyənlər isinir və əzilənlər qaldırılır. Sənin adınla, İlahi, bütün mövcudat hərəkətə gəldi, göylər genişləndı, yer bərqərar oldu, buludlar qalxdı və yerə yağış yağdırdı. Bu, həqiqətən, Öz xilqətinə Sənin bir fəzlindir.

Ona görə də, Səni and verirəm o Adına ki, onunla Allahlığını aşkar etdin və Əmrini bütün yaradılmışların üzərində ucaltdın və and verirəm Sənin ən ali adlarının və ən yüksək sifətlərinin hər birinə və bütün məziyyətlərinə ki, onunla Sənin ulu və ən uca Varlığın alqışlanıb - bu gecə Sənin mərhəmət buludlarından Öz şəfanı, Sənin xilqət səltənətində Özünün ən Şərəfli Varlığına bağladığın bu körpənin üzərinə yağdır. Sonra ona, Ey mənim Allahım, Öz fəzlinlə sağlamlıq və salamatlıq köynəyi geyindir və Ey mənim Məhbubum, bütün bəlalardan, xəstəlikdən və Sənə xoş olmayan hər bir şeydən onu hifz eylə. Sənin qüdrətin, həqiqətən, hər bir şeyə qadirdir. Sən, həqiqətdə, Ən Qüvvətli və Qəyyumsan. Bundan başqa, Ey mənim Allahım, ona bu dünyanın və o biri dünyanın xeyrini, keçmiş və sonrakı nəsillərin xeyrini nazil eylə. Sənin qüdrətin və hikmətin, həqiqətən, buna qadirdir.

-Bəhaullah

Şəfa Duaları

Şəfa Duaları

6. Körpələr Üçün Şəfa Duası