Bütün əzəmət və bəha, Ey mənim Allahım, bütün hökmranlıq və nur, ehtişam və cəlal Sənin üzərinə olsun. Sən kimə istəsən, ona sultanlıq əta edirsən və kimi istəsən, ondan məhrum qoyursan. Səndən başqa Allah yoxdur, Hər şeyə Malik, Ən Uca. Sən O Kəssən ki, yoxdan kainatı və onda olan bütün məxluqatı yaradıb. Sənin özündən başqa heç nə Sənə layiq deyil, Səndən başqa hər şey Sənin müqəddəs hüzurunda səfildir və Sənin Öz Varlığının cəlalı ilə müqayisədə bir heçdir.
YMən Sənin sifətlərini heç vəchlə tərif edə bilmərəm, məgər onunla ki, Sən Özün Öz Mötəbər Kitabında onları tərif etmisən, harada ki, Sən buyurursan, "Gözlər onu dərk etməz, O isə gözləri dərk edər. O, Lətif və Xəbərdardır." 1(Quran, 6:103) , Alqış Sənə, Ey mənim Allahım, həqiqətən, heç bir ağıl və ya göz, nə qədər iti və ya bəsirətli olsa da, Sənin əlamətlərindən ən cüzi olanın təbiətini anlaya bilməz. Həqiqətən, Sən Allahsan, Səndən başqa Allah yoxdur. Mən şəhadət verirəm ki, təkcə Sən Özün Öz sifətlərinin yeganə ifadəsisən. Səndən başqa heç kəsin tərifi Sənin müqəddəs dərgahına çata bilməz, Sənin sifətlərini isə Səndən özgə kimsə dərk edə bilməz.
Alqış Sənə, Sən Özündən başqa hər kəsin vəsfindən yüksəksən, çünki bu insan anlayışından kənardır ki, Sənin məziyyətlərini tərif etsin, ya da Sənin Zatının batini маhiyyətini dərk edə bilsin. Bu Sənin şərəfindən çox uzaqdır ki, Sənin yaratdıqların Səni vəsf etsinlər, ya da Səndən özgə kimsə Səni nə vaxtsa tanıya bilsin. Mən Səni, Ey mənim Allahım, ona görə tanıdım ki, Özün Özünü mənə tanıtdırdın, çünki əgər Özünü mənə zahir etməsəydin, mən Səni tanımazdım. Məni Özünə çağırdığın üçün mən Sənə sitayiş edirəm, çünki Sənin çağırışın olmasaydı, mən Sənə sitayiş etməzdim.
-Bab
Şükr və Minnətdarlıq
Şükr və Minnətdarlıq
-
Məni qəm-qüssədən, xəstəlikdən, və acizlikdən Öz kəramət sularınla pak
-
Nə zaman Səni zikr etməyə cəhd edirəm, özümü Sənin məqamının
-
Hikmətin qarşısında aqillər aciz qaldılar. Elmin qarşısında ariflər öz
-
Şükr edirəm Sənə, çünki məni qabil etdin ki, Zatının Məzhərini tanıyım
-
Bütün hökmranlıq və nur, ehtişam və cəlal Sənin üzərinə olsun