top of page
Sunset Sailboats

Ucalsın Sənin Adın, Ey mənim Allahım, çünki Sən o günü aşkar etdin ki, Günlərin Sultanıdır, O Gün ki, Onu Sən Öz seçilmişlərinə və Peyğəmbərlərinə Sənin ən uca Lövhələrində müjdəsini verdin, O Gün ki, onda Sən bütün adlarının cəlalının nurlarını yaradılmış şeylərin üzərinə səpdin. Xoş o kəsin halına ki, Sənə doğru yönəldi, Sənin hüzuruna nail oldu və Sənin nidanın şirinliyini eşitdi.

Səni and verirəm, Ey mənim Allahım, O Kəsin adına ki, Onun ətrafında bütün adların səltənəti təvaf edir - Sənə əziz olanlara kömək et ki, Sənin kəlamını Sənin bəndələrin arasında ucaltsınlar, yaratdıqların arasında Sənin tərifini yaysınlar, ta ki, vəhyinin şövqü Sənin yerinin sakinlərinin qəlblərini doldursun.

İndi ki Sən onları, İlahi, fəzlinin dirilik suyuna hidayət etmisən, kəramətinlə əta et ki, onlar Səndən aralı qalmasınlar; indi ki Sən onları Taxtının həndəvərinə səsləmisən, Öz hüzurundan inayətinlə onları qovma. O şeyləri nazil eylə ki, onları Səndən başqa hər şeydən tamamilə ayırsın və onları Sənə yaxınlıq fəzasında uçmağa qabil etsin, elə ki, nə zalımların iqtidarı, nə də Sənin ən uca və ən əzəmətli Varlığına inanmayanların eyhamı onları Səndən uzaqlaşdıra bilməsin.

-Bəhaullah

İlahi Təyid Duaları

3.  kəlamını bəndələrin arasında ucaltım

İlahi Təyid Duaları

bottom of page