Gündəlik namazların sayı üçdür...Mömin bu üç namazdan birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmağa borcludur və bu namazları onları müşayiət edən səciyyəvi hərəkətlərə uyğun qılmalıdır.

Namazla əlaqədar işlədilən “səhər”, “günorta” və “axşam” ifadələrinin mənası müvafiq olaraq, günçıxandan saat on ikiyədək, saat on ikidən gün batanədək və gün batandan iki saat keçənədək olan vaxtı bildirir.
Gündə bir dəfə gün ortasında qılmalı
Ey mənim Allahım, Səni tanımaq və Sənə ibadət etmək üçün məni yaratdığına şəhadət verirəm. Bu anda öz acizliyimə və Sənin qüdrətinə, öz zəifliyimə və Sənin qüvvətinə, öz fəqirliyimə və Sənin zənginliyinə şəhadət verirəm. Səndən başqa Allah yoxdur. Sən Əzəmətli və Qəyyumsan.

-Bəhaullah

Namazlar

Namazlar

Qısa Namaz-

Gündə bir dəfə gün ortasında