Ey  Allah, mənim Allahım! Sən məni görürsən, Sənin Əbha Mələkutuna məftun halda ona cəzb olunmuşam. Bəşərin arasında Sənin məhəbbətinin atəşindən alovlanmışam, Sənin mələkutunun bu geniş və ucsuz-bucaqsız torpaqlarda carçısıyam, Səndən başqa hər şeydən ayrılmışam, Sənə təvəkkül etmişəm, rahatlıq və dincliyimi tərk etmişəm, doğma evimdən uzaqlarda, bu diyarlarda dolaşıram, üzü üstə torpağa düşən bir qəribəm, Sənin uca Astananda itaətkaram, Sənin qüdrətli cəlalının səmasına təslim olmuşam, gecələrin səssizliyində və dan yeri söküləndə Sənə dua edir, səhərlər və axşamlar Səni çağırır və yalvarıram, Sənin Əmrinə xidmət etmək, Sənin təlimlərini yaymaq, Şərq və Qərb boyunca Sənin Sözünü ucaltmaq üçün mənə kömək eylə.

Ya Rəbb! Mənim belimi gücləndir, mənə kömək eylə ki, Sənə ən güclü səylə xidmət edim, yalqız və köməksiz halda bu diyarlarda məni təkbaşıma buraxma.

Ya Rəbb! Yalnızlığımda Səninlə ünsiyyətə mənə izin ver və bu qərib ellərdə mənim munisim ol.

Həqiqətən, Sən arzu etdiyin hər bir şeydə istədiyin kəsə təyid əta Edənsən və həqiqətən, Sən Qüvvət və Qüdrət Sahibisən.

-Əbdül-Bəha

İlahi Təyid Duaları

11.  Sənin təlimlərini yaymaq üçün mənə kömək eylə

İlahi Təyid Duaları