top of page
Sunset Sailboats

İlahi Təyid Duaları

İlahi Təyid Duaları

Ey Allah! Ey Allah! Bu qanadı sınıq bir quşdur və onun uçuşu çox zəifdir, ona elə kömək et ki, firavanlıq və xilas zirvəsinə uça bilsin, sonsuz fəza boyunca onun yolunu ən yüksək sevinc və şadlıqla qanadlandır, Sənin Ən Uca Adınla onun nəğmələrini bütün diyarlarda yüksəlt, qulaqları onun səsilə sevindir, gözləri hidayət nişanələrini görməklə işıqlandır.

Ya Rəbb! Mən yalnızam, tək və kimsəsizəm. Səndən başqa mənim dayağım yoxdur, Səndən qeyri mənim köməyim yoxdur, Səndən savayı mənim yardımım yoxdur. Sənə xidmətimdə mənə təyid ver, məlakələrinin qoşunu ilə mənə yardım et, Sözünü Ucaltmaqda məni qalib et və izn ver ki, yaratdıqların arasında Sənin hikmətini söyləyim. Həqiqətən, Sən zəiflərə kömək edən, gücsüzləri himayə edənsən və həqiqətən, Sən Qüvvətli, Qüdrətli və İxtiyar Sahibisən.

-Əbdül-Bəha

17.  Bu qanadı sınıq bir quşdur

bottom of page