Ey Allah, mənim Allahım! Sən bu zəif kimsəni görürsən ki, səmavi qüvvə üçün yalvarır, bu fəqir varlığı görürsən ki, əbədi həyat çeşməsi diləyir, bu xəstəni görürsən ki, Sənin sonsuz mərhəmətindən vəd etdiyin şəfanı diləyir, o mərhəmət ki, Sən onu Özünün göydəki məlakutunda seçilmiş bəndələrərinə qismət etmisən.

Ya Rəbb! Mənim Səndən başqa köməyim, Səndən özgə pənahım, Səndən qeyri dayağım yoxdur. Öz mələklərinlə mənə kömək eylə ki, Sənin müqəddəs rayihələrini saçım və Sənin insanlarından seçilmişlər arasında Sənin təlimlərini yayım.

 

İlahi! İzn ver, Səndən başqa hər şeydən inqita edim, Sənin kəramət ətəyindən möhkəm yapışım, büsbütün Sənin Dininə bağlanım, Sənin məhəbbətində möhkəm və səbatlı qalım və Kitabında yazdıqlarına əməl edim.

Həqiqətən, Sən Qüvvətli, Qüdrətli və Qadirsən.

-Əbdül-Bəha

İlahi Təyid Duaları

19.  Səndən qeyri dayağım yoxdur

İlahi Təyid Duaları