top of page
Sunset Sailboats

Görürsən məni, Ey mənim Allahım, mütiliklə təzim etmiş, hökmlərin qarşısında boyun əymiş, hökmranlığına təslim olmuşam, səltənətinin qüdrətindən titrəyir, qəzəbindən qaçıram, fəzlini diləyir, əfvinə təvəkkül edir, qeyzindən əsirəm. Döyünən ürəyimlə, sel kimi axan göz yaşlarımla, həsrət dolu qəlbimlə və bütün şeylərdən tam inqita etməklə Sənə yalvarıram - aşiqlərini Özünün bütün səltənətlərin boyunca yayılan işıq şüaları eylə və seçilmiş bəndələrinə Sənin Kəlamını ucaltmaqda yardım eylə ki, üzləri gözəlləşsin və parlaq işıq saçsın, qəlbləri sirlərlə dolsun və çiyinləri günah yükündən azad olsun. Sonra zülmkardan, şər əməl törətmiş utanmazlardan və kafirlərdən onları qoru.

 

Həqiqətən, Sənin aşiqlərin susuzdur, Ey mənim Allahım; onları fəzl və kəramət çeşməsinə yönəlt; acdırlar, onlara Sənin səmavi süfrəni nazil eylə; üryandırlar, onları irfan və bilik libasına bürü.

Qəhrəmandırlar, İlahi, onları döyüş meydanına götür. Yol göstərəndirlər, qoy dəlil və sübutla danışsınlar. Saqidirlər, qoy iqan şərabı ilə dolu piyaləni əldən ələ ötürsünlər. Ey mənim Allahım, onları gözəl bağçada ötən nəğməkar quş eylə, cəngəllikdə pusan aslan və dərinlərə dalan nəhəng balıq eylə.

Həqiqətən, Sən bol fəzl Sahibsən. Səndən başqa Allah yoxdur. Qüdrətli, Qüvvətli, Daima Ətaedən.

-Əbdül-Bəha

İlahi Təyid Duaları

9.  aşiqlərini yayılan işıq şüaları eylə

İlahi Təyid Duaları

bottom of page