Ey Rəbbim, mənim Allahım! Bu bir uşaqdır ki, Sənin bəndələrinin birindən törəyib, o kimsə ki, Sən onun üçün Özünün tale Lövhələrində və təqdir səhifələrində yüksək məqamlardan birini müəyyən etmisən.

Səni and verirəm O adına ki, Onun vasitəsilə bütün insanlar öz arzularının məqsədinə yetişərlər - bu uşağı Öz bəndənlərinin arasında kamil bir ruh kimi yetişdir; Öz adının gücü ilə onu parlat; onu Sənin vəsfini söyləməyə, üzünü Sənə tərəf çevirməyə və Sənə yaxınlaşmağa qabil eylə.

 

Həqiqətən, Sən əzəldən istədiyini etməyə qadir olmusan və əbədiyyətə qədər də istədiyinə qadir olacaqsan. Səndən başqa Allah yoxdur, Sən Uca, Əzim, Qalibiyyətli, Qüdrətli, Tabe Edən və İxtiyar Sahibisən.

-Bəhaullah

Uşaqlar Üçün Dualar

Uşaqlar Üçün Dualar

1. Bu uşağı Öz bəndənlərinin arasında kamil bir ruh kimi yetişdir