Sən Ey Mərhəmətli Allah! Sən Ey Qüdrətli və Qüvvətli! Sən Ey Ən Mehriban Ata! Bu bəndələr bir yerə toplaşıblar, Sənə dönüblər, Sənin astanana yalvarırlar, Sənin böyük vədindən sonsuz nemətlərini arzulayırlar. Sənin razılığından başqa məqsədləri, insanlıq aləminə xidmətdən savayı niyyətləri yoxdur.

Ey Allah! Bu toplantını işıqsaçan eylə. Ürəkləri mərhəmətli eylə. Müqəddəs Ruhun bəxşişlərini əta eylə. Onlara Səmadan güc ver. Onlara cənnət düşüncəsi bəxş eylə. Onların səmimiyyətini yüksəlt ki, tam mütilik və peşmanlıqla Sənin Mələkutuna dönsünlər və insan aləminə xidmətlə məşğul olsunlar. Qoy hər biri şölə saçan bir şam olsun. Qoy hər biri parlaq bir ulduz olsun. Qoy hər biri Sənin mələkutunda rəngarəng, xoş ətirli rahiyə saçan bir çiçək olsun.

Ey Mehriban Ata! Lütflərini əta et, qüsurlarımıza baxma. Himayəndə bizə pənah ver. Günahlarımızı anma. Şəfqətinlə bizə şəfa ver. Biz zəifik; Sən Qüdrətlisən. Biz fəqirik; Sən Zənginsən. Biz xəstəyik; Sən Həkimsən. Biz möhtacıq; Sən Kərimsən.

 

Ey Allah! Bizə Öz inayətini əta eylə. Sən Qüvvətlisən. Sən Bəxşedənsən. Sən Şəfqətlisən.

-Əbdül-Bəha Abbas

Toplantılarda Oxunan Dualar

Toplantılarda Oxunan

2. Bu bəndələr bir yerə toplaşıblar, Sənə dönüblər, Sənin astanana yalvarırlar