top of page
10 B's BorB          ask HM.jpg

Sən Ey Mehriban Rəbb! Bunlar Sənin bəndələrindir ki, bu məclisdə toplaşıblar, Sənin mələkutuna yönəliblər, Sənin bəxşiş və nemətlərinə möhtacdırlar. Ey Allah! Həyatın bütün gerçəkliklərində gizli qalmış birlik nişanələrini açıb göstər. İnsan zatında saxladığın mübhəm qüvvələri zahir eylə.

Ey Allah! Biz bitki kimiyik, Sənin kərəmin isə bir yağışa bənzər; Öz bəxşişlərinlə bu bitkiləri təravətləndir və böyüt. Biz Sənin bəndələrinik; bizi maddi həyatın qandallarından qurtar. Nadanıq; hikmət bağışla. Ölüyük; bizi dirilt. Maddiyik, ruh əta eylə. Məhrumuq; bizə Öz sirlərini aç. Möhtacıq; bizi zənginləşdir və bizə Sənin sonsuz xəzinələrindən xeyir-bərəkət ver. İlahi! bizi dirilt; bizə bəsirət ver; bizi eşidən eylə; həyatın sirlərindən bizi vaqif eylə ki, Sənin mələkutunun sirləri bizə bu dünyada aşkar olsun və biz Sənin təkliyini etiraf edək. Hər bir bəxşiş Səndən gəlir; hər bir xeyir-bərəkət Sənindir.

 

Sənsən Qüdrətli, Sənsən Qüvvətli, Sənsən Bəxşedən, Sənsən həmişə Kəramətli.

-Əbdül-Bəha Abbas

Toplantılarda Oxunan Dualar

Toplantılarda Oxunan

3. Biz Sənin bəndələrinik; bizi maddi həyatın qandallarından qurtar

bottom of page