Sən Ey Bağışlayan Allah! Bu bəndələr Sənin Mələkutuna üz tutublar, Sənin fəzl və kəramətini diləyirlər. İlahi! Onların ürəklərini saf və təmiz eylə ki, Sənin məhəbbətinə layiq olsunlar. Ruhlarını pak və təmiz eylə ki, Həqiqət Günəşi onların üzərinə saçsın. Gözlərini pak və təmiz eylə ki, Sənin işığını görə bilsinlər. Qulaqlarını pak və təmiz eylə ki, Sənin mələkutunun nidasını eşidə bilsinlər.
İlahi! Həqiqətən, biz zəifik, amma Sən Qüdrətlisən. Həqiqətən, biz yoxsuyuq, lakin Sən Zənginsən. Biz axtaranlarıq, Sən isə Axtarılansan. Ya Rəbb! Rəhm eylə və bizi əfv et; bizə elə bir qabiliyyət və istedad əta et ki, Sənin lütflərinə layiq olaq və səltənətinə cəzb olunaq, dirilik suyundan doyunca içək, Sənin eşq odundan alovlanaq və bu nurlu əsrdə Müqəddəs Ruhun nəfəsi ilə dirçələk.
Ey Allah, mənim Allahım! Bu məclisə inayət nəzərilə bax. Onların hər birini Öz mühafizən və müdafiən altında qoru. Bu canlara Sənin səmavi xeyir-bərəkətlərini nazil eylə. Onları Öz mərhəmət dənizində qərq eylə və Müqəddəs Ruhun nəfəsi ilə onları dirilt.
Ya Rəbb! Bu adil hökumətə uğur və təyid bəxş eylə. Bu ölkə Sənin himayənin kölgəsindədir və bu xalq Sənin xidmətindədir. Ya Rəbb! Onlara Sənin səmavi inayətini bəxş eylə və Öz sonsuz fəzl və bol lütflərini onların üzərinə yağdır. Bu möhtərəm milləti şərəfli saxla, mələkutuna daxil olmağa qabil eylə.
Sən Qüvvətlisən, Qadirsən, Mərhəmətlisən və Sən Səxavətlisən, Rəhmlisən və sonsuz Fəzl Sahibisən.
-Əbdül-Bəha Abbas
Toplantılarda Oxunan Dualar
Toplantılarda Oxunan
-
Bu bəndələr bir yerə toplaşıblar, Sənə dönüblər, Sənin astanana yalvarırlar
-
Biz Sənin bəndələrinik; bizi maddi həyatın qandallarından qurtar
-
Bu bəndələr Sənə üz tuturlar, Sənin mərhəmət səltənətinə yalvarırlar
-
Bizə elə bir qabiliyyət əta et ki, Sənin lütflərinə layiq olaq və səltənətinə
-
Bu ruhları Səmavi mələklər eylə, onları Müqəddəs nəfəsi ilə dirçəlt
-
Bu ruhlar Mələkutun nidasını eşitmiş və gözlərini cəlalına dikmişlər