Sən Sən Ey mehriban Pərvərdigar! Bu ruhlar Mələkutun nidasını eşitmiş və gözlərini Həqiqət Günəşinin cəlalına dikmişlər. Onlar məhəbbətin təravətləndirici səmasına yüksəlmişlər; onlar Sənin təbiətinə məftun olmuşlar və Sənin camalına sitayiş edirlər. Özlərini Sənə tərəf çevirmişlər, bir-birilə Səndən danışırlar, Sənin məkanını axtarırlar və Sənin səma səltənətindən axan sular üçün susamışlar.
Sənsən Bəxşedən, Ətaedən və həmişə Sevən.
-Əbdül-Bəha Abbas
Toplantılarda Oxunan Dualar
Toplantılarda Oxunan
-
Bu bəndələr bir yerə toplaşıblar, Sənə dönüblər, Sənin astanana yalvarırlar
-
Biz Sənin bəndələrinik; bizi maddi həyatın qandallarından qurtar
-
Bu bəndələr Sənə üz tuturlar, Sənin mərhəmət səltənətinə yalvarırlar
-
Bizə elə bir qabiliyyət əta et ki, Sənin lütflərinə layiq olaq və səltənətinə
-
Bu ruhları Səmavi mələklər eylə, onları Müqəddəs nəfəsi ilə dirçəlt
-
Bu ruhlar Mələkutun nidasını eşitmiş və gözlərini cəlalına dikmişlər