top of page
29 www.alfa-portal.jpg

Vəfat edənlər üçün qılınan namaz yeganə Bəhai namazıdır ki, cəm halında oxunur, digər iştirakçılar isə sükutda dayanirlar. Həzrət Bəhaullah buyurmuşdur ki, bu namaz vəfat edən on beş yaşdan yuxarı olduqda qılınır və dəfndən qabaq oxunmalıdır. Namaz oxuyan zaman üzü qibləyə durmaq məcburi deyildir. Bir dəfə Allahu-Əbha deyilir; sonra altı ayədən birincisi on doqquz dəfə oxunur. Sonra on doqquz dəfə oxunan ikinci ayədən əvvəl yenə “Allahu-Əbha” deyilir və belə davam etdirilir. Əgər rəhmətə gedən qadın olarsa, bu zaman duadakı “bəndən və bəndənin oğlu” ifadəsi əvəzinə “kənizin və kənizinin qızı” deyilir.

Namaz

Ey mənim Allahım! Bu Sənin bəndən və bəndənin oğludur ** ki, Sənə və Sənin nişanələrinə iman gətirmişdi və Səndən başqa hər şeydən tam əlini üzərək üzünü Sənə çevirmişdi. Sən, həqiqətən, rəhmlilərin Rəhimlisisən.

Sən Ey insanların günahlarıni Bağışlayan və eyiblərini Örtən, Öz mərhəmət dənizinə və səxavət səmana layiq tərzdə ona yanaş və izn ver ki, Sənin sonsuz mərhəmətin hüdudlarına daxil olsun, o yer ki, əvvəllər yerin və göyün təməli idi. Səndən başqa Allah yoxdur. Sən əzəldən Bağışlayan, Ən Səxavətlisən.

 

(Qoy namazı qılan şəxs hər bir ayəni oxumazdan əvvəl bir dəfə “Allahu-Əbha” söyləsin və sonra ayəni on doqquz dəfə oxusun.)

 

Biz hamımız, həqiqətən, Allaha ibadət edənlərik.

 

Biz hamımız, həqiqətən, Allaha səcdə edənlərik.

 

Biz hamımız, həqiqətən, Allaha itaət edənlərik.

 

Biz hamımız, həqiqətən, Allahı zikr edənlərik.

 

Biz hamımız, həqiqətən, Allaha şükr edənlərik.

 

Biz hamımız, həqiqətən, Allah xatirinə səbr edənlərik.

-Bəhaullah

** Əgər rəhmətə gedən qadın olarsa, bu zaman duadakı “bəndən və bəndənin oğlu” ifadəsi əvəzinə “kənizin və kənizinin qızı” deyilir.

Vəfat Edənlər-Namaz

Vəfat Edənlər Üçün

1. Biz hamımız, həqiqətən,
Allaha ibadət edənlərik

bottom of page