İlahi! Bu uşaqları tərbiyə eylə. Bu uşaqlar Sənin bağının bitkiləri, Sənin Çəmənliyinin gülləri, Sənin bağçanın çiçəkləridir. Qoy Sənin yağışın onların üzərinə yağsın; qoy Sənin həqiqət Günəşin Sənin məhəbbətinlə onları nurlandırsın; qoy Sənin nəsimin onları təravətləndirsin ki, tərbiyə alsınlar, böyüsünlər, inkişaf etsinlər və kamil bir gözəlliklə meydana çıxsınlar. Sən Əta Edənsən, Sən Mərhəmətlisən.

-Əbdül-Bəha Abbas

Uşaqlar Üçün Dualar

Uşaqlar Üçün Dualar

2. İlahi! Bu uşaqları tərbiyə eylə