Alqış Sənə, Ey mənim Rəbbim Allah! Bu körpəni Öz mərhəmət və inayət döşündən qidalandır və onu Öz səmavi ağacının meyvələri ilə bəslə. Onu Səndən başqa bir kimsənin himayəsinə buraxma, çünki Sən Özün onu Öz iradə və qüdrətinin hökmü ilə yaratmısan və həyata gətirmisən. Səndən başqa Allah yoxdur, Sən Ən Qüdrətli və Hər Şeyi Bilənsən.

Sən Sübhansan, Ey mənim Məhbubum, onun üzərinə Sənin fövqəl səxavətinin nəsimlərini və Sənin müqəddəs lütflərinin ətirlərini əsdir. Sonra onu Sənin uca adının kölgəsinə sığınmağa qadir eylə, Ey sifətlər və adlar səltənətini Öz ovcunda Saxlayan. Həqiqətən, Sən istədiyini etməyə Qadirsən, Sən həqiqətən, Qüdrətli, Uca, Həmişə Bağışlayan, Fəzl Sahibi, Səxavətli və Mərhəmətlisən.

-Əbdül-Bəha Abbas

Uşaqlar Üçün Dualar

Uşaqlar Üçün Dualar

12. Bu körpəni Öz mərhəmət və inayət döşündən qidalandır