
Audio-Video
Audio-Video
Öz Ana Dilimizdə Dua Oxuyaq


Ey Allah! Bu balaca körpəni Öz məhəbbət ağuşunda bəslə və Sənin inayət döşündən ona süd ver. Bu təzə gülü Öz məhəbbət gülşənində becər və kömək eylə ki, o Sənin inayət yağmurlarınla böyüsün. Onu bir mələkut uşağı eylə, onu Öz səma səltənətinə yönəlt. Sən Qüvvətli və Mehribansan, Sən Ətaedən və Səxavətlisən, Sən misilsiz Kəramət Mövlasısan.
-Əbdül-Bəha Abbas