top of page
29 www.sahardsattarzadeh.weebly.jpg

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Öz əzəli hökmranlığının gücü ilə ucaltdıgın kəsi həqir etmə və Sənin əbədiyyət çadırina daxil etdiyin kimsəni Özündən uzaqlaşdırma. Qovarsanmı, Ey mənim Allahım, o kəsi ki, onu Öz Rəbliyinlə himayə etmisən, rədd edərsənmi o kəsi ki, Ey mənim Məqsudum, ona Özün sığınacaq olmusan, xar edərsənmi o kəsi ki, Özün şərəfləndirmisən, ya unudarsanmı o kəsi ki, Səni xatırlamağa Özün qadir etmisən?

Ucasan Sən, sonsuz Ucasan! Sən o Kəssən ki, əzəldən bütün məxluqatın Sultanı və İlkin Hərəkətvericisi olmusan və əbədiyyətədək bütün yaranmışların Mövlası və Hökmdarı olaraq qalacaqsan. Ucasan Sən, Ey mənim Allahım! Əgər Sən bəndələrinə rəhm etməsən, onda kim onlara mərhəmət göstərər; əgər Sən Öz sevimlilərinin əlini tutmasan, kim onların əlindən tutar!

Ucasan Sən, sonsuz Ucasan! Sən Öz həqiqətində sitayiş olunansan və Sənə bizim hamımız, həqiqətən, sitayiş edirik; Sən Öz ədalətinlə aşkarsan, Sənə biz hamımız, həqiqətən, şəhadət veririk, Sən, həqiqətən, fəzlinlə Məhbubsan. Səndən başqa Allah yoxdur, Sən Əzəmətli və Qəyyumsan.

-Bəhaullah

Vəfat Edənlər Üçün Dua

1. Sənin əbədiyyət çadırina daxil etdiyin kimsəni Özündən uzaqlaşdırma

Vəfat Edənlər Üçün

bottom of page