Osmanli Türkcəsində Nazil Olmuş Dualar
Türkcəsində Nazil Olmuş Dualar
Hüvəl-Əbha! Ey Yəzdani-Mehribanım! Qüsurum çox və əməli-məbrurum yox, günahkarəm, bədkirdarəm, qəmginəm, bitəmkinəm, biçarəyəm, avarəyəm, giriftarəm, sitəmkarəm. Sən Qəfursan, Sən Qəyursan, Sən Səbursan, Sən kaşife zülami Deycursən. İlahi! Fəzl eylə, lütf eylə, kərəm eylə, rəhmətinlə müamilə eylə, konülləri şad eylə, canları azad eylə, ehsani-məzdad eylə.
-Əbdül-Bəha Abbas
Hüvəl-Əbha! Rəbbim, Rəhmanım! Arame-canım! Hər səhərgah əsiri-dərd və ahəm və hər şəbangah dəstigire bidade hale-təbahəm. Zülməti-şəbtirəgiye-ənduh pünhanımdır və şəmi-cəm şöleye-cansuze, qəlbe-suzanımdır. Fəryad və fəqanım, dağe-nümayanım, çeşmigiryanım, həsrəte iştiyağıma bürhanımdır. Lütf və ehsan ümid edərəm. Ya Allah!
-Əbdül-Bəha Abbas
Hüvəl-Əbha! Ey bizim Yaranımız və Dostani-Canımız, Cananımız! Həqiqət Günəşi əhədiyyət üfüqündən doğdu, yer işıqlandı, göy aydınlandı, xoş ətirli nəsim əsdi, ruhani duyğuları sirlər gülşəninə yonəltdi, əsrarəngiz bağçaya apardı və çəməni gülzar eylədi. Güllər açıldı, bülbüllər tərənnümə başladı, çəmən Allahın feyzi ilə cilvələndi və gülüstanın fəzası Allahın rəhməti ilə bahar buludunun yağmurundan feyz aldı, cənnət bağı bunlardan qibtəyə düşdü. Gül güldü, bulud ağladı, kəklik qəhqəhə çəkdi, quşlar Allahın fəzlinə şükr etmək üçün nəğmə və təranə ilə ötməyə başladı. Bu İlahi qədəh Allahın Əhd və Peymanında sabit və möhkəm olanlara məxsusdur.
-Əbdül-Bəha Abbas
Hüvəllah! Ey mənim Rəbbi-Kərimim, Xudavəndi-Rəhimim! Hali-zarimə bax. Aciz və natəvanəm, səbirsiz və biqərarəm. Lütf və İnayətinə ümidvarəm, bisər və səmanəm, dil şikəstə və pərişanəm. Əfsurda-dil və pəjmürdə-canəm. Oon və Soon və Rəhmət gözlərəm. Biçarəyəm, üftadəyəm, avarəyəm, fəzl və ehsan istərəm. Məhzunəm, dilxunəm, məcnunəm, ətlafi-bipayan ümid edirəm. Ey Rəbbim! İnayət eylə, himayət eylə. Mohibbəti dücahan bəklərəm.
-Əbdül-Bəha Abbas
Hüvəl-Əbha! Ey sevgili dostum! Cənabi həqq inayət qapısını və mohebbət dərgahını yarani-həqiqi üzlərinə açıb, səlaye-am vermişdir. Bax, bu nə İnayətdir ki, eyni hidayətdir, hidayəti-nuri imandır, nəhayəti irfani-yəzdandır, hər ikinin şərti, sübut və istiqamət, əhd və peymandır. Misaqe-Əzime-İlahi və Əhde-Qədime-Yəzdani, təşəbbüs və təməssok olmadıqca bir xırman irfan və iqan bir arpaya dəyməz. Vəl-Bəha-Əleyk!
-Əbdül-Bəha Abbas
Hüvəl-Əzəm! Ey Rəbbi Qəfurimiz, Pənahimiz, Məhbubimiz! Dərgahi Əhədiyyətinə sığınmış biçarələrik və asitani İnayətinə iltica etmiş avarələrik. Lütf və ehsanın cahanı əhatə və hər neməti amadə eyləmişdir, hikməti anlaşılmışdır və həzrəte Rübubiyyətin asari-bahirəsi feyzi-vücuddur və eetai-həqqi hər mövcuddur. Biz biçarələrik, avarələrik, üftadələrik. Müstəhəqqe inayətik, müstəiddi riayətik, möhtaci mərhəmət və mohibbətik. Təyidin olduqca zəif qəvi olur, zərrə aftabi deraxşan olur. Ya Rəbb! Təyid eylə və tofiq ehsan eylə. Qəlbimizi məsrur eylə və sədrimizi məşruh eylə və nəfsimizi məğlub eylə, Əhdi və Misaqinə bizi sabit qədəm eylə.
-Əbdül-Bəha Abbas
Hüvəl-Əbha! İlahi! Dərgahi-Əhədiyyətində übudiyyətim məqbul isə, fəzl Sənindir. Mohibəti kobra mənə və rəhməti ozma mənə. Qulluğum və riqqiyyətim mərdud isə ədalət Sənindir. Həsrət mənə, nemət mənə, qəni Rəhmansan, Rəhime Mənnansan, fəzl Üluhiyyətinə layiqdir və Ədlinə faiqdir.
-Əbdül-Bəha Abbas
Hüvəl-Əbha! İlahi! Asitani Rübubiyyətində bəndə olan sultan olur, bərdə olan fəxri şahan olur, zərrə olan mehre-rəxşan olur, bədre-taban olur, xeyl və həşəmi zümreye aşıqan olur, çətr və ələme ənvare irfan olur, tac və təxti qübari asitan olur, fərri və şövkəti pərtove iman olur.
-Əbdül-Bəha Abbas
Hüvəl-Əbha! Ey İsmi-Əzəmin kənize-şürəngizi! Dünyada necə xanımlar, banular, xatunlar mövcuddur, nəhayəte sərvət və saman ilə məmurdur. Kimi məlikzadə, kimi şahzadə, kimi kraliça, kimi prinses, hamısı kənize siyahdır və naçize təbahdır. Sən ki, məzhəri-hidayət oldun və muride-inayət oldun, banuye-aləmsən. Tace-səri bəni adəmsən. Mələkute Əbhada üzün ağ olsun və gözün parlaq olsun, ey Bəhanın cariyyəsi.
-Əbdül-Bəha Abbas
Hüvəllah! Ey Allahın sevgili qulu! Cəmali-Mübarək şəmsi-həqiqətdir, bədre-munire əsirdir, mümkunat məzahir və məcali müstəfizdir. Feyze-fəyyaz hər nə qədər əzim və şədiddir, ancaq istedad lazımdır, qabiliyyət vacibdir, ləyaqət şərtdir. Sən haqdan istedade-əzim tələb et, ta zühure feyz şədid olsun.
-Əbdül-Bəha Abbas
Hüvəllah! Ey Cəmali-Əbha qulları və gülzare Məhəbbətüllah bülbülləri! Siz məzhəre iltifat və inayəte həzrəte Kibriyasınız və mənzure nəzare cənabe Rəbbe-Əbha Allahın qapısında əziz və məqbul qullarsınız. Şükrane ilə məşğul olmaq vacibdir.
-Əbdül-Bəha Abbas
Hüvəl-Əbha! Ey mənim çox sevdiyim! Cənabım Kibriyanın Lütfi və Ehsanı və Mohibbəti bipayanı, həqiqəti insana məxsus olduğunu mənsusdur. Ancaq insan kəlməsi əhli irfanə itlağ olunur və fəzaili məmduhədən məhrum olan heyvandır, bəlkə ondan betər əhli-küfrandır. Sən Həzrəte-Rəhman Dərgahına şükr eylə ki, Məzhəre-Əltaf və Mətləi-Ənvar ehsan olaraq kövkəbi rəxşansan.
-Əbdül-Bəha Abbas
Hüvəllah! Ey Yəzdani Rəhmanım, canım və cananım! Firqətdir, həsrətdir, herqətdir, qorbətdir. Suzi-hicranıma və şiddəti-hirmanıma və hüzni bipayanıma şahidim, bürhanım, ahi suzandır, çeşməyi giryandır, dele biryandır, atəşe eşq pürşölədir və şame şoq pur müşəşədir. Pərvane asa, pərü-balım yandı və canım oyandı. Firqətdən qəlbim usandı və bununla bərabər, qüsurdan gözüm utandı. İlahi! İlahi!
Dərdimi dərman eylə, zəxmimi mərhəm ehsan eylə, heyranəm, sərkərdanəm, bisərü-samanəm, əlil və natəvanəm. Sən Dəlile Səbilisən, Sən Təbibe Həbibsən, Sən Mehribansan, Sən Rəhmansan. Biz qafilik, biz kahilik, biz cahilik, biz xamilik. Sən Kərimsən, Sən Rəhimsən, Sən Əzimsən, Günahımızı məğfur eylə və badeye lütf ilə məxmur eylə və məsrur eylə.
-Əbdül-Bəha Abbas
Hüvəllah-Təala! Pərvərdigara! Amurzeqara! Bəndəyi-şərməndəni ümidvar eylə, nikukar eylə, Feyze-Əhədiyyətdən bərxurdar eylə, xətiyyatıma baxma, səyyatımı sayma, qüsurumu əhf eylə, füturumu məğfərət. Sən Rəhimsən, Sən pənahı hər fəqirsən. Sən fəryadirəsi hər mücirsən. Könlümü ayineyi səfa eylə, ruhum pürvəfa eylə, nəfsi əmmarəmi xəfa eylə, qəlbimi yandır, canımı oyandır, ta ki, Dərgahe Əhədiyyətinə sığınayım, Kəbeyi-Rahmaniyyətinə gedəyim, təriqe hidayətinə yüyürüm, dəryaye məhəbbətində üzüm.
Rəbbim! Rəbbim! Qüsurdan utanıram, füturdan usanıram, əfvinə məğruram, nəfse-əmmarədən məqhurəm, fəryad və fəğan etməkdən məhzurəm. Mucirim Sənsən. Kərimim Sənsən. Biçarəyəm mən, üftadəyəm mən, avarəyəm mən və hər bir fədakarlığa amadəyəm mən. Ya Rəbb! Aciz qulu qurtar, bu bəndəye-günahkar min dərdə giriftar, əfvin mənə səzavar. Zira Rəhmansan, Müstəansan. Pənahe günahkaransan.
-Əbdül-Bəha Abbas
Hüvəl-Əbha! Ey yarane İlahi! Qafqaziya iqliminə Kuhe-qaf deyirlər. Kuhe-qaf isə Simurğe-şəhirin lanə və aşiyanəsi və yurd-yuvasıdır deyərlər və simurğdan murad topluqalın qiyafəli bir quş olmayıb, ancaq tavuse-elliyin kimi şahpəre-təqdis açıb, üfüqe-mohibbəti təzyin edən, Ənqaye-həqiqi və Simurğe-ilahi kəlmətullah olduğu ərbabe-intibah və irfan nəzdində müsəlləm və mühəqqəqdir. Binaən əleyh dilbare-mohibbəte rəhmaniyyənin cilvəqahi olan Qafqaziya iqlimi-dilguşaye fəzaili-insaniyyət ilə zinət yab olacağı və feyzi-namütənahiye ilahidən nəsibi-mövfurə nailiyyət ilə bəxtiyar olacağı ümüd olunur. Rəbbim! Feyze namütənahi ilə təid eyləyə. Sevgili yaranım.
-Əbdül-Bəha Abbas
Hüvəllah! Ey Allahın sarsılmaz ipindən tutan. Dünya əhli çalışmaqda və cəhd göstərməkdədir. Aləm əhli səy və çəkişməkdədir. Hər başda bir sirr var və hər kəsdə bir həvəs var. Birisi eyş və işrət çölündə sərgərdandır, digəri izzət axtarmaqdadır, bəzisi mənsəb və şöhrət dalınca qaçmaqdadır, bir qismi ticarət çölündə valeh və heyrandır, bəzisi vəzirlik və əmirlik səhrasında yıxılıb-qalxmaqdadır, az sayda olanlar isə səltənət taxtında əzab və qorxu içindədir. Əgər sən Allahın nəsihətini eşitmək istəsən, bütün bu əndişələrdən azad ol. Bütün bu aludəliklərdən pak və uzaq ol. Cəmali-Əbha Dərgahının bəndəliyini axtar, ta ki, şahların şahı olasan və göy aləminin ağası olasan.
-Əbdül-Bəha Abbas