top of page
nine-kopfer-tJC6I9S3nBw-unsplash.jpg

Sən Ey mehriban Allah! Bu əziz kənizin Sənə cəzb olunmuşdu, ağıl və fəhmi ilə Sənin görüşünə yetişməyə və Sənin səltənətinə daxil olmağa müştaq idi. Gözləri yaşlı, üzünü sirlər səltənətinə tutmuşdu. Neçə-neçə gecələr sənə dua və münacatla məşğul idi, neçə-neçə gündüzlər Sənin zikrinlə həmdəm və munis olmuşdu. Hec bir səhər Səndən qafil olmamış, hec bir axşam Səni fikrindən çıxarmamışdı. Xoş avazlı bülbül kimi, o Sənin müqəddəs ayələrini oxuyurdu və bir ayna kimi, Sənin işığını əks etdirmək istəyirdi.

Sən Ey günahları Bağışlayan! Bu ayılmış bəndənə yol aç ki, Sənin Mələkutuna daxil olsun və Sənin əlinlə yetişmiş bu quş əbədi gülüstanda pərvaz etməyə qadir olsun. O Sənə yaxınlaşmaq arzusu ilə alışıb yanır; onu Sənin hüzuruna yetişməyə qabil eylə. O Sənin hicranından divanə və pərişan olub, onu Özünün səmavi Sarayına daxil eylə.

 

İlahi! Biz günahakarıq, Sən isə Bağışlayansan. Biz qüsurlar dəryasında batmışıq, amma Sən Əfv Edən və Mehribansan. Günahlarımızı bağışla, və hədsiz fəzlinlə bizləri bəxtəvər eylə. Sənin Camalını seyr etmək şərəfi ver və bizə sevinc və səadət şərabı içir. Biz xətalarımızın əsiriyik, Sən səxavətli feyz Sultanısan. Biz insafsızlıq dənizində batmışıq, Sən sonsuz mərhəmət Allahısan. Əta Edən, Cəlallı, Əbədi və Kəramətli Sənsən; Və Sən Ən Səxavətli, Ən Mərhəmətli, Qüdrətlisən, O Kəs ki, bəxşişlər Ehsan Edən və günahları Bağışlayandır. Həqiqətən, Sən bizim səhvlərimizi Bağışlayansan. Rəblərin Rəbbisən.

-Əbdül-Bəha Abbas

Vəfat etmiş Qadınlar üçün

3. Neçə-neçə gecələr sənə münacatla
məşğul idi, neçə-neçə gündüzlər Sənin

Vəfat Edənlər Üçün

bottom of page