top of page
29 www.sahardsattarzadeh.weebly.jpg

Ey mənim Allahım, Ey mənim Allahım! Həqiqətən, Sənin bəndən Sənin İlahi uca Qudrətin qarşısında itaətkar, Sənin birlik qapında təvazökar halda durmuşdur, Sənə və Sənin əlamətlərinə iman gətirmiş, Sənin sözünün doğruluğuna şəhadət vermiş, Sənin məhəbbətinin odu ilə alışmışdır, Səni tanımaq dəryalarının dərinliklərinə qərq olmuş, Sənin nəsimlərinlə cəzb olunmuş, Sənə təvəkkül etmiş, üzünü Sənə tərəf çevirmiş və yalvarışlarını Sənə yönəltmişdir və Sənin əfvinə və bağışlamana əmin olmuşdur. Beləcə bu fani həyatı tərk edib Səninlə görüş lütfünə çatmaq arzusu ilə ölümsüzlük səltənətinə uçmuşdur.

Ya Rəbb, onun məqamını yüksəlt, Öz ali mərhəmət çadırında ona sığınacaq ver, onu uca Cənnətinə daxil eylə, Onu Sənin gülüstanında əbədi saxla ki, sirrlər aləməndəki nur dənizinə qərq olsun.

 

Həqiqətən, Sən Səxavətli, Qüdrətli, Bağışlayan və Əta Edənsən.

-Əbdül-Bəha Abbas

Vəfat Edənlər Üçün Dua

4.  Öz ali mərhəmət çadırında ona sığınacaq ver və uca Cənnətinə daxil eylə

Vəfat Edənlər Üçün

bottom of page