top of page
29 www.sahardsattarzadeh.weebly.jpg

Odur Allah, Ucadır O, İnayət və kəramət Mövlası Odur! Sübhansan, Sən, Ey mənim Allhım, Qüdrətli Rəbb! Sənin qüdrətinə və qüvvətinə, səltənətinə və inayətinə, fəzlinə və iqtidarına, Sənin Varlığının vahidliyinə və Zatının birliyinə, paklığına və məxluqat aləmindən və onda olan hər şeydən müqəddəs və pak olmağına şəhadət verirəm.

 

Ey mənim Allahım! Sən məni görürsən. Səndən başqa hər şeydən əlimi üzərək Sənə möhkəm yapışmışam və Sənin bəxşiş dənizinə, səxavət səmana və mərhəmət Günəşinə üz tutmuşam.

 

İlahi! Şəhadət verirəm ki, Sən Əmanətini Öz bəndəndə qoymusan və bu həmin Ruhdur ki, onunla aləmə həyat bəxş etmisən. And verirəm Sənin Vəhy Günəşinin təcəllilərinə, Sənin günlərində onun etdiklərini lütfünlə qəbul eylə. Sonra izn ver, qoy o Sənin razılığının şərəfinə bürünsün və Sənin qəbulunla zinətlənsin.

 

Ey mənim Rəbbim! Mənim özüm və bütün yaranmışlar Sənin Qüdrətinə şəhadət veririk və Səndən rica edirəm ki, Sənə, Sənin səmavi məskəninə, Sənin uca Cənnətinə və Sənə yaxınlıq məqamına yuksələn bu ruhu özündən uzaqlaşdırmayasan, Ey bütün bəşərin Mövlası! Sonra isə lütf eylə, Ey mənim Allahım, qoy bu bəndən Sənin seçilmişlərinlə, Sənin övliyaların və Elçilərinlə qələmin təsvir edə və dilin söyləyə bilmədiyi səmavi məkanda ünsiyyət etsin.

Ey mənim Rəbbim, bu fəqir, həqiqətən, Sənin zənginlik Mələkutuna və bu qərib Sənin yaxınlığındakı vətəninə tələsdi, o kəs ki, Sənin bəxşişinin səmavi çeşməsi üçün susamışdı. İlahi, Sənin fəzlinin nemətlərindən və kəramətinin lütflərindən ona düşən paydan onu məhrum etmə. Sən, həqiqətən, Qüdrətli, Fəzl və Kərəm Sahibisən.

 

Ey mənim Allahım, Sənin Əmanətin Sənə qayıtdı. Sənin Mülk və Mələkutu bürüyən kərəm və fəzlinə layiqdir ki, Öz təzə qonağın üçün nemətini, bəxşişini və fəzl ağacının meyvələrini nazil eyləyəsən! Sən istədiyini etməyə Qadirsən, Səndən başqa Allah yoxdur. Yalnız Sən Fəzl Sahibi, Kəramətli, Şəfqətli, Əta Edən, Əfv Edən, Əziz və Hər Şeyi Bilənsən.

 

Şəhadət verirəm ki, Ey mənim Allahım, Sən insanlara qonaqpərvərliyi əmr etmisən, və o kəs ki, Sənin yanına yüksəldi, o həqiqətən, Sənə yetişdi. İndi onunla Öz fəzlinə və kərəminə layiq olan tərzdə rəftar eylə! And olsun Sənin izzətinə, mən yəqin bilirəm ki, Sən Özünü bəndələrinə əmr etdiyindən kənar tutmazsan və Sənin kərəm ipindən yapışanı və zənginlik üfüqünə yüksələni məyus etməzsən.

 

Səndən başqa Allah yoxdur, Tək, Vahid, Qadir, Hər Şeyi Bilən və Kəramətli Allah.

-Bəhaullah

Vəfat Edənlər Üçün Dua

2. Bu fəqir, Sənin zənginlik Mələkutuna və bu qərib Sənin vətəninə tələsdi

Vəfat Edənlər Üçün

bottom of page