Ey  həqiqət axtaran! Əgər Allahın sənin gözünü açmasını istəyirsənsə, sən gecəyarası Allaha yalvarmalı, Ona dua etməli və Onunla ünsiyyət edərək söyləməlisən:

Ya Rəbb! Mən üzümü Sənin vahidlik səltənətinə çevirmiş və Sənin inayət dəryanda qərq olmuşam. İlahi, bu qaranlıq gecədə Sənin işığını görməyimlə gözlərimi işıqlandır və bu ecazkar əsrdə Sənin məhəbbət şərabınla məni xoşhal eylə. İlahi, Sənin çağırşını eşıtməyə məni qadir eylə və Sənin səma qapılarını mənim üzümə aç ki, Sənin cəlalının nurunu görə bilim və Sənin camalına cəzb olunum.
Həqiqətən, Sən Vericisən, Səxavətli, Mərhəmətli və Bağışlayansan.

-Əbdül-Bəha Abbas

GecəYarısı Oxunan Dua

Axşam duası

3.  Çağırşını eşıtməyə məni qadir eylə və Sənin səma qapılarını mənim üzümə aç