Mənim Allahım, Qibləgahım və Səcdəgahım! Sənin birliyinə və təkliyinə şəhadət verirəm, Sənin həm keçmişdəki, həm də indiki bəxşişlərini etiraf edirəm. Sən elə Kəramətli Allahsan ki, Sənin mərhəmətinin yağışları həm yüksək və həm də adsız-sansız adamların üzərinə yağıb və Sənin fəzlinin şuaları həm itaətkarların, həm də asilərin üstünə saçıb.

Ey mərhəmət Allahı, mərhəmət cövhərinin özü Sənin qapında səcdə edir və inayətin özü bütün batini ruhu ilə Sənin Əmrinin məbədi ətrafında təvaf edir – Sənə yalvarırıq, Sənin qədim fəzlini diləyir, indiki lütfünü axtarırıq ki, varlıq aləminin təzahürləri olanlara rəhm edəsən və Öz günlərində onları Sənin fəzlindən binəsib qoymayasan.
 
Hamımız fəqir və möhtacıq, Sən isə həqiqətən, Hər Şeyə Malik, Hər Şeyə Qalib və Ən Qüdrətlisən.

-Bəhaullah

Bəşəriyyət üçün Dualar

Bəşəriyyət üçün

1. Varlıq aləminin təzahürləri olanlara rəhm edəsən