top of page
30 conversation_time_six-plingue.altervi

Kitabi-Əqdəsdə buyrulur: "Biz sizə hökm etmişik ki, kamala çatandan (15 yaş) namaz qılıb oruc tutasınız; Bu Allah tərəfindən, Sizin Rəbbiniz və babalarınızın Rəbbi tərəfindən hökm olunmuşdur.... Səfərdə olana, xəstəyə, uşaqlı və ya süd verən analara Oruc tutmaq hökmü şamil edilmir... Yeməkdən və içməkdən günçıxandan günbatana qədər pəhriz edin və məbada Kitabda təyin olunmuş bu nemətdən özünüzü məhrum edəsiniz" Orucluq müddəti Martın 2-dən 20-sinə qədərdir. Xahış olunur Bəhai təqviminə müraciə edəsiniz.

 

Orucluq 

Bu, Ey mənim Allahım, günlərdən birincisidir ki, Sən Öz sevimlilərinə Oruc tutmağı əmr etmisən. Səni and verirəm Sənin Özünə, özü xatirinə və ya öz arzusu üçün, ya da Sənin qəzəbindən qorxduğu üçün deyil, Sənin məhəbbətin və Sənin razılığın naminə oruc tutan kəsə və Sənin ən ali adlarına və yüksək sifətlərinə - Sənin bəndələrini Səndən başqa hər şeyə məhəbbət bağlılığından pak eylə və onları Sənin üzünün nurunun Məşriqinə və Sənin vahidlik Taxtına cəzb eylə. Onların ürəyini Sənin irfanının işığı ilə nurlandır, Ey mənim Allahım və onların üzlərini Sənin iradə üfüqündə parlayan Günəşin şüaları ilə parlat. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, ən cəlallı, bütün insanların kömək dilədiyi Allah.

 

Yardım eylə onlara, Ey mənim Allahım, Sənin uğrunda qələbə qazansınlar və Sənin Kəlamını ucaltsınlar. Sonra onlara izn ver ki, Sənin bəndələrin arasında Əmrinin əlləri və Sənin dinini və bəşərin arasında Sənin nişanələrini zahir edənlər olsunlar, belə ki, bütün dünya Sənin zikrin və tərifinlə, Sənin dəlil və sübutlarınla dolsun. Sən, həqiqətən, Ən Kəramətli, Ən Uca, Qüvvətli, Əzəmətli və Mərhəmətlisən.

-Bəhaullah

Orucluq

1. Bu, günlərdən birincisidir ki, Sən Öz sevimlilərinə Oruc tutmağı əmr etmisən

Orucluq

bottom of page