Mən o kəsəm ki, İlahi, üzünü Sənə tutub, ümidini Sənin fəzlinin möcüzələrinə və kəramətinin təzəhürlərinə bağlayıb. Səndən diləyim budur ki, məni mərhəmət qapından peşiman qaytarmayasan və Əmrini inkar edənlərin ixtiyarına buraxmayasan.

Mən Sənin bəndənəm, Ey mənim Allahım və bəndənin oğluyam. Sənin günlərində Sənin həqqaniyətinini tanımışam və Sənin təkliyini etiraf edərək, Sənin birliyini qəbul edərək və Sənin əfv və bağışlamana ümid edərək addımlarımı Sənin təkliyinin sahilinə yönəltmişəm. Sən istədiyini etməyə qadirsən. Səndən başqa Allah yoxdur, Sən nurluların Nurlusu, Həmişə Bağışlayansan.

-Bəhaullah

Bağışlanma Duaları

Bağışlanma Duaları

3.  Diləyim budur ki, məni mərhəmət qapından peşiman qaytarmayasan