Sən görürsən məni, İlahi, Səndən başqa hər şeydən uzaqlaşaraq üzümü Sənin səxavət və əta dəryana tutmuşam. Rica edirəm, Sənin Turdakı Zühur Nurunun parıltıları və Həmişə Bağışlayan Adının üfüqündən doğan fəzl Günəşinin şuaları xatirinə, Öz əfvini mənə qismət et və mənə onu yaz ki, Sənin Adınla məni xilqət aləmində ucaltsın. Yardım et mənə, İlahi, üzümü Sənə tutum və Sənin övliyalarının nidasını eşidim, o kəslər ki, dünyanın gücləri onları zəiflədə bilmədi, ümmətlərin hökmranlığı onları Səndən uzaq saxlamaqda aciz qaldı, o kəslər ki, Sənə tərəf gələrək söyləmişlər: “Allah bizim Rəbbimizdir, göydə və yerdə olanların Rəbbidir.”

-Bəhaullah

Bağışlanma Duaları

Bağışlanma Duaları

4. Öz əfvini mənə qismət et və mənə onu yaz ki, məni xilqət aləmində ucaltsın