Ucaltsın Sənin Adın, Ey mənim Allahım və bütün şeylərin Allahı, mənim Şərəfim və bütün şeylərin Şərəfi, mənim Məqsudum və bütün şeylərin Məqsudu, mənim Qüvvətim və bütün şeyləri Qüvvəti, mənim Sultanım və bütün şeylərin Sultanı, mənim Sahibim və bütün şeylərin Sahibi, mənim Mətləbim və bütün şeylərin Mətləbi, mənim Hərəkətə Gətirənim və bütün şeylərin Hərəkətə Gətirəni! Diləyirəm səndən, Öz mərhəmət dəryandan məni məhrum etmə və Sənə yaxınlıq sahilindən məni uzaq salma.

Səndən başqası, İlahi, mənə fayda verməz və Səndən özgəsinə yaxın olmağın mənə köməyi yoxdur. Səndən rica edirəm, Sənin o sərvətinin zənginliyi xatirinə ki, onunla Sən Özündən savayı hər kəsdən ehtiyacsız oldun – məni üzünü Sənə tutanların və Sənin xidmətinə qalxanların cərgəsinə daxil eylə.
Sonra, İlahi, Öz bəndələrini və kənizlərini bağışla. Sən, həqiqətən, Həmişə Bağışlayan və Ən Şəfqətlisən.

-Bəhaullah

Bağışlanma Duaları

Bağışlanma Duaları

6. Öz mərhəmət dəryandan məni məhrum etmə və yaxınlıqdən uzaq salma