Sən Ey Mehriban Allah! Sən bütün bəşəri bir kökdən yaratmısan. Sən hökm vermisən ki, hamı bir ailəyə mənsub olsun. Sənin Müqəddəs Hüzurunda onların hamısı Sənin bəndələrindir və bütün bəşər Sənin Çadırının altında pənah tapıb; hamı Sənin Kəramət Süfrənin ətrafında toplaşıb; hamı Sənin inayətinin işığı ilə nurlanıb.

Ey Allah! Sən hamıya mehribansan, Sən hamıya ruzi verirsən, hamıya sığınacaq verirsən, hamıya həyat bəxş edirsən. Sən hər kəsə və hamıya istedad və qabiliyyət vermisən və hamı Sənin mərhəmət Dəryana qərq olub.
 
Sən Ey Mehriban Allah! Bütün insanları birləşdir. Qoy dinlər razılığa nail olsunlar, millətləri bir millət eylə, ta ki, onlar bir-birinə bir ailə kimi baxsınlar və bütün yer üzünü bir vətən saysınlar. Qoy onların hamısı ən mükəmməl uyğunluq içərisində birgə yaşasınlar.
Ey Allah! Bəşərin birlik bayrağını ucalt.
 
Ey Allah! Ən Böyük Sülhü bərqərar elə.
 
Ey Allah, ürəkləri bir-birinə möhkəm bağla.
 
Sən Ey Mehriban Ata, Allah! Öz məhəbbətinin rayihələrilə bizim ürəklərimizi sevindir. Sənin Hidayət Nurunla gözlərimizi işıqlandır. Bizim qulaqlarımızı Sənin Kəlmənin təranəsilə oxşa və bizim hamımıza Özünün İnayət Qalanda pənah ver.
 
Sən Qüdrətli və Qüvvətlisən, Sən Bağışlayansan və Sən O Kəssən ki, bütün bəşərin qüsurlarına göz yumur.

-Əbdül-Bəha Abbas

Bəşəriyyət üçün Dualar

Bəşəriyyət üçün

4. Bəşəri bir kökdən yaratmısan və hökm vermisən hamı bir ailəyə mənsub olsun