Ey Allah, Sən O Allahsan ki, bilik və hidayətin parlaq şüalarını insanların üzərinə saçaraq, Öz şəfəqlərini onların parlaq zatının üzərinə səpdi və onları bütün yaranmışların arasında bu yüksək fəzl üçün seçdi və onları qeyb aləmindən görünən aləmə gətirməklə hər şeyi əhatə etməyə, onların batini mahiyyətini dərk etməyə, onların sirlərini açmağa qabil etdi! “O Öz nemətini istədiyi şəxsə bəxş edər.” Quran, 3:73

Ya Rəbb, Öz sevimlilərinə kömək et ki, bilik, elm və sənət əldə etsinlər və bütün yaradılmış şeylərin zatında gizlənmiş sirləri açsınlar. Qoy onlar mövcüd olan hər şeyin məğzində yazılmış və həkk olunmuş gizli həqiqətlərdən vaqif olsunlar. Onları bütün yaranmışlar arasında hidayət bayraqları və əqlin nüfuzedici şüaları eylə ki, özlərinin nuruna bunda, “ilk yaradılışda” saçırlar. Onları Sənə aparan rəhbər, Sənin yoluna bələdəçi, insanları Sənin Mələkutuna can atmağa ruhlandıran carçılar eylə.
Sən, həqiqətən, Qüdrətli, Hifzedən, Qadir, Qoruyan, Əzəmətli və Ən Kəramətlisən.

-Bəhaullah

Bəşəriyyət üçün Dualar

Bəşəriyyət üçün

5.  Bəndələrinə kömək et bilik elm və sənət əldə etsinlər