Məşvərət otağına daxil olan zaman, bu duanı Allah sevgisi ilə döyünən bir ürəklə və Onun zikrindən başqa hər şeydən pak olmuş bir dillə oxuyun ki, Qüvvət Sahibi Sizə ən uca qələbə qazanmaqda kömək etsin.

Ey Allah, Ey mənim Allahım! Biz Sənin bəndələrinik ki, bu əzəmətli Gündə üzümüzü sədaqətlə Sənin Müqəddəs üzünə tərəf döndərmişik və Səndən başqa hər şeydən inqita etmişik. Biz bu Ruhani Məhfildə vahid baxış və fikirlə, eyni bir məqsədlə Sənin kəlamını insanlar arasında ucaltmaq üçün toplanmışıq. Ey Rəbbimiz və Allahımız! Bizi xalqın içində İlahi Hidayət nişanələri, Ulu Əmrinin Bayraqları və Əzəmətli Əhdinin xadimləri, Əbha Mələkutunda İlahi Birlik məzhərləri və bütün diyarlara şəfəq salan parlaq ulduzlar eylə, Ey Uca Rəbbimiz. İlahi! Sənin ecazkar Fəzl dalğalarınla təlatümə gələn dənizlər, Əbha Dağlarından axan çaylar, ilahi Əmrinin Ağacında olan gözəl meyvələr və səmavi Bağçanda Sənin Bəxşiş yellərinlə əsən ağaclar olmaqda bizə kömək eylə. Ey Allah! Ruhlarımızı Sənin İlahi Birlik Ayələrinə tabe eylə və qəlblərimizi Öz Fəzl bəxşişlərinlə sevindir, ta ki biz bir dənizin dalğaları kimi birləşək və Sənin parlaq İşığının şüaları tək qovuşaq ki, fikirlərimiz, baxışlarımız, hisslərimiz bütün aləmdə birlik ruhu zahir edən vahid həqiqət olsun. Sən Fəzl Sahibi, Kəramətli, Ətaedən, Ən Qüdrətli, Mərhəmətli və Şəfqətlisən.

-Əbdül-Bəha Abbas

Ruhani Məhfildə

 Oxunan Dualar

1. Bizi bütün diyarlara şəfəq salan

parlaq ulduzlar eylə

Ruhani Məhfil