top of page
Azerbaijanin birinci MRM 1992.JPG

Həqiqi sevinc və şadlıqla bir yerə toplaşın və görüşün əvvəlində bu münacatı oxuyun:

Sən Ey Mələkutun Rəbbi! Hərçənd biz cismən bir yerdə toplaşmışıq, lakin bizim məftun ürəklərimiz Sənin Məhəbbətindən ovsunlanmışdır və Sənin parlaq üzünün şüaları bizi heyran etmişdir. Zəif də olsaq, Sənin qüdrət və qüvvətinin zühurlarını gözləyirik; heç bir imkanı və vəsаiti olmayan fəqir də olsaq, yenə də Sənin Səmavi xəzinəndən sərvət alırıq; qətrə də olsaq, yenə də Sənə məxsus dəryalar dəryasından bəhrələnirik; zərrə də olsaq, yenə Sənin ən işıqlı Günəşinin cəlalı içində parıldayırıq. 

 

Sən Ey bizim Pərvərdigarımız! Özün kömək ol ki, buraya toplanmış hər kəs yanan bir şam, hər kəs bir cazibə mərkəzi, hər kəs Sənin Mələkutunun bir carçısı olsun, ta ki, nəhayətdə, biz bu fani dünyanı Sənin Cənnətinin aynadakı əksinə çevirək.

-Əbdül-Bəha Abbas

Ruhani Məhfildə

 Oxunan Dualar

2. Zəif də olsaq, Sənin qüdrət və

qüvvətinin zühurlarını gözləyirik

Ruhani Məhfil

bottom of page