Ya Rəbb! Sənin günlərində səbrli olan bəndələrinə layiqli qələbələrlə zəfər bəxş eylə, çünki onlar Sənin yolunda şəhidlik istədilər. Onlara o şeyləri nazil eylə ki, ürəklərinə rahatlıq gətirsin, könüllərini sevindirsin, qəlblərinə arxayınlıq və bədənlərinə sakitlik versin, onların qəlblərini Allahın, Ən Uca Olanın hüzuruna yüksəlməyə qabil etsin və onlar uca Cənnətə və elə şərəf məkanına yetişsinlər ki, sən onu irfan və mərifət sahibləri üçün müəyyən etmisən. Həqiqətən, Sən hər şeyi bilirsən, bizsə yalnız Sənin bəndələrin, qulların, kölələrin və fəqirlərinik. Səndən başqa bir Rəbb çağırmırıq, Ey Allah, bizim Rəbbimiz, nə də Səndən özgə bir kəsdən xeyir-bərəkət və fəzl istəyib yalvarırıq, Sən Ey bu dünyanın və axirətin mərhəmət Rəbbi. Biz yoxsulluq, fanilik, köməksizlik və heçlik təcəssümüyük, Sənin bütün Varlığın isə zəngilik, müstəqillik, cəlal, əzəmət, sonsuz fəzilət mücəssəməsidir.

Ya Rəbb, həm bu dünyanın, həm də o biri dünyanın xeyrindən və göydən yerədək olan kəramətindən Sənə layiq şeyləri bizim mükafatımız eylə.

 

Həqiqətən, Sən bizim Rəbbimizsən və hər şeyin Rəbbisən. Biz özümüzü Sənin əllərinə təslim edirik və Sənə məxsus olan şeyləri istəyirik.

-Bab

Səmavi Bəxşiş Duaları

Səmavi Bəxşiş Duaları

5. Səbrli olan bəndələrinə layiqli qələbələrlə zəfər bəxş eylə