Ey Allah, mənim Allahım! Təriflər olsun Sənə, çünki Sən ən uca dağın zirvəsində Müqəddəs Ağacda ilahi məhəbbət atəşini yandırdın: o Ağac ki, “nə Şərqdəndir, nə də Qərbdən. 1” o atəş ki, onun alovu qalxıb Səma sakinlərinə yetişdi və bundan o varlıqlar hidayət işığı əldə etdilər və söylədilər: “Həqiqətən, biz Tur Dağının yamacında bir od gördük.” 12

Ey Allah, mənim Allahım! Günlər bir-birini əvəz etdikcə, bu odun alovunu artır, o vaxtadək ki, onun alovu bütün yer kürəsini hərəkətə gətirsin. Sən Ey mənim Rəbbim! Öz məhəbbətinin işığını hər bir ürəkdə yandır, elminin ruhunu insanların qəlbinə üfür, onların könüllərini Sənin birlik ayələrinlə sevindir. Qəbirlərində olanları həyata gətir, təkəbbür əhlini ayılt, xoşbəxtliyi bütün dünyaya yay, Sənin saf sularını yağdır və aşkar təcəlli toplantılarında “kafur çeşməsində hazırlanmış” pialəni əldən-ələ ötür. 3 (Quran 76-5)

Həqiqətən, Sənsən Bəxşedən, Bağışlayan, Ətaedən. Həqiqətən, Sənsən Mərhəmətli, Şəfqətli.

-Əbdül-Bəha Abbas

Səmavi Bəxşiş Duaları

Səmavi Bəxşiş Duaları

8. Günlər bir-birini əvəz etdikcə, bu odun alovunu artır