Ey Allah, bütün Adların Allahı və göyləri Yaradan! Səni and verirəm o Adına ki, onun vasitəsilə Sənin Qüvvətinin Məzhəri və Qüdrətinin Məşriqi olan Kəs zühur etdi, Onun vasitəsilə hər bir bərk şey əridi və hər bir ölü bədən dirildi və hər bir ruh möhkəmləndi – yalvarıram Sənə, məni qadir eylə ki, özümü Səndən başqa hər kəsə bağlılıqdan qurtarım, Sənin Əmrinə xidmət edim və Sənin Öz hökmranlığının gücü ilə istədiyini istəyim və Sənin iradənin razı qaldıqlarına əməl edim.

Yenə yalvarıram Sənə, Ey mənim Allahım, mənə onları qismət eylə ki, məni kifayət qədər zəngin etsin və Səndən başqa heç kəsdən asılı olmayım. Sən məni görürsən, Ey mənim Allahım, üzümü Sənə tutmuşam, fəzlinin ipindən yapışmışam. Mənə Öz mərhəmətini nazil eylə və mənə seçilmişlərinə yazdıqlarını yaz. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, həmişə Bağışlayan, Ən Kəramətli.

-Bəhaullah

İlahi Xidmət Duaları

İlahi Xidmət Duaları

1. Qadır eylə Sənin Əmrinə xidmət

edim və Sənin istədiyini istəyim