Ya Rəbb! Bu gənci işıq saçan eylə və Öz nemətini bu fəqir varlığın üzərinə yağdır. Ona həqiqi bilik əta eylə, hər dan yeri açılanda ona yeni güc bəxş eylə və onu Öz mühafizə çadırında qoru, ta ki, o, səhvlərdən azad olsun, özünü Sənin Əmrinə xidmətə həsr etsin, yolunu azmışlara yol göstərsin, biçarələri yönəltsin, əsirləri azad etsin, qafilləri oyatsın ki, hamı Sənin zikrin və tərifinlə xeyr-dua alsın. Sən Qüdrətli və Qüvvətlisən.

-Əbdül-Bəha Abbas

Gənclər Üçün Dualar

Gənclər üçün Dualar

4. Bu gənci işıq saçan eylə və Öz nemətini bu fəqir varlığın üzərinə yağdır