Alqış və şükrlər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Bu seçilmiş bir fidandır ki, Sənin məhəbbət çəmənliyində Özün əkmisən və Rəbbanilik əlləri ilə bəsləmisən. Sən Öz vahidlik bağçandan axan əbədi həyat çeşməsindən onu suvarmısan və onun üzərinə Öz buludlarından nemət yağışları yağdırmısan. O indi Sənin İlahi Zühur Məşriqindən doğan lütflərinin kölgəsində böyüyüb, boy atıb. Sənin səxavət və kəramətinin ecazkar bəxşişləri sayəsində yarpaqlayıb, çiçək açıb, bar verib və Sənin inayətinin yelləri ilə əsməkdədir.

Ya Rəbb! Öz xüsusi mərhəmət və nemət buludunun damlaları ilə bu cavan ağacı yaşıl, təravətli və çıçəklənən eylə - o nemət və mərhəmət ki, əbədiyyət səltənətində müqəddəslik mücəssəmələrini və vüsal səhnəsində Allahın birlik cöhvərlərini ona layiq görmüsən.

 

Ya Rəbb! Sənin qeyb Səltənətindən olan gücləndirici fəzlinlə ona yardım eylə, bəndələrinin gözlərindən gizli qalan səmavi qoşunlarla ona kömək et və Sənin hüzurunda ona yəqinlik ayağı əta eylə. Onun dilini aç ki, Sənin zikrini söyləsin və könlünü fərəhləndir ki, Sənin tərifini ucaltsın. Onun üzünü Sənin Mələkutunda nurlandır, onu Öz Cəbərutunda müvəffəq eylə və Sənin Əmrinə xidmət etməkdə səxavətlə ona yardım eylə.

 

Həqiqətən, Sən Ən Qüdrətli, Ən Cəlallı və Qadirsən.

-Əbdül-Bəha Abbas

Gənclər Üçün Dualar

Gənclər üçün Dualar

5. Xüsusi mərhəmət buludunun damlaları ilə bu cavan ağacı yaşıl və çıçəklənən eylə