top of page
paz-arando-HyBpjfyBQoo-unsplash.jpg

İzn ver mənə, Ey mənim Allahım, Sənə yaxınlaşım və Sənin dərgahının yanında sakin olum; çünki, Səndən uzaqlıq məni yandırıb yaxdı. Məni Öz fəzlinin kölgəsində rahatlandır, çünki Səndən ayrılığın atəşi ürəyimi əritdi. Məni dirilik suyunun çeşməsinə yaxınlaşdır, çünki Səni durmadan axtararkən susuzluqdan qəlbim od tutub yanır. Mənim ahım, İlahi, mənim qəm-qüssəmin acılığını göstərir, göz yaşlarım Sənə məhəbbətimə şəhadət verir.

Səni and verirəm o tərifə ki, Sən Özün Özünü tərif edirsən və o alqışa ki, Özün Öz Zatını alqışlayırsan – bizi Səni tanıyanların və Sənin günlərində Sənin hökmranlığını etiraf edənlərin sırasına daxil eylə. Sonra kömək eylə, İlahi, mərhəmət barmaqlarından inayət suyunu içək ki, Səndən başqa hər şeyi unudaq, yalnız Səninlə məşğul olaq. Sən istədiyini etməyə qadirsən. Səndən başqa Allah yoxdur, Sən Qüdrətli, Əzəmətli və Qəyyumsan.

 

Alqış Sənin adına, Ey Sultanlar Sultanı.

-Bəhaullah

Dünyaya Bağlanmamaq

Dünyaya Bağlanmamaq

1. İzn ver, Sənə yaxınlaşım və Sənin dərgahının yanında sakin olum

bottom of page