top of page
paz-arando-HyBpjfyBQoo-unsplash.jpg

Sənin Rəbbinin adı ilə, Yaradan, Hökmran, Kifayət Edən, Ən Uca və hamının yardım Axtardığı.

Söylə: Ey mənim Allahım! Sən ey göylərin və yerin Yaradanı, Ey Mələkutun Rəbbi! Sən mənim qəlbimin sirlərindən agahsan, Sənin varlığın isə Özündən başqa hamı üçün dərkedilməzdir. Sən mənim nə niyyətdə olduğumu bilirsən, bu isə Səndən başqa heç kimə açıq deyil. Öz fəzlinlə mənə onu əta et ki, Səndən başqasına ehtiyac duymayım və mənə onu nəsib eylə ki, məni Səndən başqa heç kəsə möhtac qoymasın. Həyatımın bəhrəsini həm bu, həm də o biri dünyada görə bilməyi mənə nəsib eylə. Fəzl qapılarını üzümə aç, səxavətinlə inayət və nemətlərini mənə bağışla.

 

Sən Ey bol fəzl Sahibi! Qoy Sənin səmavi yardımın Səni sevənləri sarsın və bizə nemət və bəxişişlərini əta eylə. Bizə Özün kifayət ol, günahlarımızı bağışla, bizə rəhm eylə. Həqiqətən, Sən bizim və bütün yaranmışların Rəbbisən. Səndən başqa heç kimi çağırmırıq və Sənin fəzlindən başqa heç nə rica etmirik. Sən fəzl və kəramət Sahibisən, qüdrətində yenilməz, nəxşəsində ən Mahirsən. Səndən başqa Allah yoxdur, Sən hər şeyə Malik və Ən Ucasan.

 

İlahi, Öz xeyir-bərəkətini Elçilərə, övliyalara və seçilmişlərə əta eylə. Həqiqətən, Sənsən Allah, Vahid və Qalib.

-Bab

Dünyaya Bağlanmamaq

Dünyaya Bağlanmamaq

7. Öz fəzlinlə mənə onu əta et ki, Səndən başqasına ehtiyac duymayım

bottom of page