Sən Ey Mehriban Rəbbim! İnqita üfüqündən Sən elə ruhlar zahir etmisən ki, onlar nur saçan bir ay tək ürək və könül dünyasını işıqlandırıb nura boyadılar, özlərini bütünlüklə varlıq dünyasının nişanələrinindən azad edib, ölümsüzlük səltənətinə tələsdilər. Öz inayət dənizinin şəbnəmləri ilə Sən hər an onların könül gülşəninə bir təravət əta etdin, ta o vaxtadək ki, onlar misilsiz lətafət və gözəllik əldə etdilər. Öz xoş ətirlərini bütün dünyanın üzərinə səpməklə, yer üzününün bütün diyarlarının ənbər saçmasına səbəb olaraq, Sənin ilahi birliyinin rayihələri hər yana yayıldı.
Ey Paklıq Ruhu, indi elə şəxslər yetir ki, o müqqədəs varlıqlar kimi, azad və pak olsunlar, yaradılış aləmini yeni geyim və ecazkar libas ilə bəzəsinlər, Səndən başqa heç kəsi axtarmasınlar, Sənin razılıq yolundan başqa bir yolla getməsinlər, Sənin Əmrinin sirrindən başqa bir şey danışmasınlar.
Sən Ey Mehriban Allah! İzn ver, bu gənc, o pak övliyaların can atdığı ən yüksək arzulara çatsın. Öz gücləndirici fəzlinlə ona inqita və İlahi yardım qanadları əta eylə ki, onlarla o, Sənin rəhmaniyyət fəzanda pərvaz etsin, Sənin səmavi nemətlərindən dadsın, İlahi hidayət nişanəsi və Səma Sakinlərinin nümunəsi olsun. Sən Qüvvətlisən, Qüdrətlisən, Görən və Eşidənsən.
-Əbdül-Bəha Abbas
Gənclər Üçün Dualar
Gənclər üçün Dualar
-
Elə şəxslər yetir ki, o müqqədəs varlıqlar kimi, azad və pak olsunlar
-
Mərhəmətlə bu körpə quşların hər birinə bir cüt səmavi qanad əta eylə
-
Bu mələkut qızına Öz səmavi təyidini bəxş eylə və mərhəmətlə ona kömək
-
Bu gənci işıq saçan eylə və Öz nemətini bu fəqir varlığın üzərinə
-
Xüsusi mərhəmət buludunun damlaları ilə bu cavan ağacı yaşıl və çıç