top of page
10 www.bahaifaithcentralsaanich.jpg

Sən Ey Mehriban Allah! Mərhəmətlə bu körpə quşların hər birinə bir cüt səmavi qanad əta eylə və onlara ruhani qüvvə ver ki, bu sonsuz fəzada pərvaz etsinlər və Əbha Mələkutunun zirvəsinə yetişsinlər.

İlahi! Bu kövrək fidanları qüvvətləndir ki, hər biri hədsiz təravət və lətavət içində olan barlı-bəhrəli ağaca çevrilsin. Öz ilahi qoşunlarının köməyilə onlara qələbə və zəfər bəxş eylə ki, cəhalət və azğınlıq ordusunu darmadağın etsinlər, insanlar arasında yoldaşlıq və hidayət bayrağını ucaltsınlar, bahar nəsimi tək insanların ruh ağaclarına təravət bəxş etsinlər, onları canlandırsınlar və yaz yağışı kimi, o diyarın çəmənliyini yaşıl və bərəkətli etsinlər.

Ey Paklıq Ruhu, indi elə şəxslər yetir ki, o müqqədəs varlıqlar kimi, azad və pak olsunlar, yaradılış aləmini yeni geyim və ecazkar libas ilə bəzəsinlər, Səndən başqa heç kəsi axtarmasınlar, Sənin razılıq yolundan başqa bir yolla getməsinlər, Sənin Əmrinin sirrindən başqa bir şey danışmasınlar.

 

Sən Qüvvətli və Qüdrətlisən; Sən Ətaedən və Sevənsən.

-Əbdül-Bəha Abbas

Gənclər Üçün Dualar

Gənclər üçün Dualar

2. Mərhəmətlə bu körpə quşların hər birinə bir cüt səmavi qanad əta eylə

bottom of page