İlahi! İlahi! Səni tərif edir və Sənə şükr edirəm, o şey üçün ki, Sən onu Öz təvazökar kənizinə əta etdin, Sənin kölən Sənə yalvarıb-yaxarır, çünki Sən həqiqətən, onu Öz aşkar Mələkutuna yönəltdin, bu fani dünyada Sənin uca Nidanı ona eşitdirdin və hər şeyin üzərində qalib olan hakimiyyətinin aşkarlığını sübut edən Əlamətlərini görməsinə səbəb oldun.
İlahi, mən bu bətnimdə olanı Sənə həsr edirəm. Elə isə bunu Sənin Mələkutunda layiqli bir uşaq eylə, Öz lütfün və səxavətinlə onu bəxtiyar biri eylə, Sənin təlim-tərbiyən altında onu inkişaf etdir və böyüt. Həqiqətən, Sən Fəzl Sahibisən! Həqiqətən, Sən Böyük Bəxşiş Mövlasısan.
-Əbdül-Bəha Abbas
Hamilə Analar üçün Dua
Hamilə Analar üçün
-
İndi ki, Sən onu Özünə çağırmısan, lütfünlə, onu Özündən uzaqlaşdırma
-
Sənin kənizlərin arasında seçilmişlər-in üçün müəyyən etdiklərindən məh
-
Sənin o kənizinəm ki, Sənin nidanı eşidib, özündən qaçaraq Sənə doğru
-
Sən bu kənizini görürsən- mərhəmət sarayının qarşısında dayanıb və Səni
-
Mən Sənin kənizlərindən biriyəm, İlahi! Üzümü Sənin sitayiş yerinə tutm
-
Məni Sənin razılığına nail olmuş kənizlərindən biri olmağa qabil eylə
-
Hamilə Analar- Bətnimdə olanı Sənə həsr edirəm- onu Mələkutunda layiqli