top of page
2 www.charlestonscdivorce.jpg

Ey Allah, Mənim Allahım! Sənin bu kənizin Səni çağırır, Sənə inanır, üzünü Sənə tutub yalvarır ki, Öz səmavi lütflərini onun üzərinə yağdırasan, ruhani sirlərini ona açasan və Sənin İlahilik işıqlarını onun üzərinə saçasan.

İlahi! Mənim həyat yoldaşımın gözlərini görən eylə. Səni tanımağın nuru ilə onun ürəyini şad eylə, onun ağlını Öz parlaq camalına cəzb eylə və aşkar cəlalını ona açmaqla ruhunu sevindir.
 
İlahi! Onun gözü önündəki pərdəni qaldır. Onun üzərinə bol bəxşişlərini yağdır, Sənə məhəbbətin şərabından onu məst eylə, onu ayağı yerdə gəzən, ruhu göylərdə uçan mələklərindən eylə. Onu parlaq bir çıraq eylə ki, insanların arasında Sənin hikmətinin nuru ilə işıq saçsın.
 
Həqiqətən, Sən Əziz, Həmişə Əta Edən və əli açıq Olansan

-Əbdül-Bəha Abbas

Həyat yoldaşı (Ər)

Ailələr

4. həyat yoldaşımın gözlərini görən eylə

bottom of page