top of page
deniz-altindas-t1XLQvDqt_4-unsplash.jpg

Ucalsın Sənin Adın, ya Rəbb, bizim Allahımız! Sən həqiqətən, görünməyən şeyləri Bilənsən. Bizə o xeyiri nəsib eylə ki, Sənin hər şeyi əhatə edən elmin ölçə bilər. Sənsən hökmran Allah, Qüdrətli və sevgili Məhbub.

 

Bütün alqış Sənə olsun, Ya Rəbb! Təyin olunmuş gündə biz Sənin mərhəmətini axtarar və bütünlüklə, Ey bizim Rəbbımız, Sənə təvəkkül edərik. Sən Cəlal Sahibisən, İlahi! Bizə xeyirli və layiqli olanı bəxş eylə ki, Səndən başqa hər şeydən azad olaq. Həqiqətən, Sənsən aləmlərin Rəbbi.

 

İlahi! Sənin günlərində səbrli olanları mükafatlandır və onların qəlblərini möhkəmləndir ki, Haqqın yolundan yayınmasınlar. Sonra, Ya Rəbb, elə xeyir-bərəkətləri bəxş eylə ki, onları Sənin tam xoşbəxtlik Cənnətinə daxil olmağa qabil etsin. Ucasan Sən, Ya Rəbb, İlahi! Öz səma nemətlərini Sənə inananların evlərinin üzərinə yağdır. Həqiqətən, İlahi, nemətlər nazil etməkdə Sənin bərabərin yoxdur. Ey Allah, Sənin vəfalı bəndələrinə zəfər qazanmaqda kömək edən qoşunlar göndər. Sən yaradılmış hər şeyi Öz əmrinlə istədiyin şəklə salırsan. Sən həqiqətdə Hökmran, Yaradan və Hikmət Sahibisən.

 

Söylə: Həqiqətən, Allah bütün şeylərin Xaliqidir! O bol ruzini istədiyi kəsə bəxş edir. O Yaradıcı, bütün varlıqların Mənbəyi, Qurucu, Qüdrətli, Həyatverici, Ən Hikmətlidir. Göylərdə, yerdə və onların arasında olan ən gözəl adlar Ona məxsusdur. Hər şey Onun əmrinə tabedir, yerin və göyün sakinləri Onun tərifini ucaldır və hamı Ona gayıdacaqdır.

-Bab

Kömək və Yardım

Kömək və Yardım

3. Sənin günlərində səbrli olanları mükafat-landır və onların qəlblərini möhkəmləndir

bottom of page