top of page
junior-ferreira-7esRPTt38nI-unsplash.jpg

Sən Ey mehriban Allah! Biz Sənin astananın bəndələriyik, Sənin müqəddəs Qapına sığınmışıq. Biz bu möhkəm sütundan başqa sığınacaq axtarmırıq, Sənin himayə pənahından başqa heç yerə üz tutmuruq. Bizi hifz eylə, inayət eylə, himayə göstər, bizi qabil eylə ki, ancaq Sənin razılığını sevək, təkcə Sənin tərifini söyləyək, yalnız həqiqət yolunda addımlayaq, ta ki, kifayət qədər zəngin olaq, Səndən başqa heç kimə möhtac olmayaq və Sənin səxavət dənizindən öz bəxşişlərimizi alaq; ta ki, hər zaman Sənin Əmrini ucaltmağa və Sənin şirin rahiyələrini yaymağa çalışaq; ta ki, özümüzü unudaq, yalnız Səninlə məşğul olaq və hamıdan əl üzək, Sənə bağlanaq.

 

Sən Ey Ruzi verən, Sən Ey Bağışlayan! Öz fəzlini, inayətini, feyzlərini və nemətlərini bəxş eylə, bizi bəslə və yetişdir ki, öz məqsədimizə çataq. Sən Qüvvətlisən, Qadirsən, Bilən və Görənsən; və həqiqətən, Sən Səxavətlisən, həqiqətən, Sən Mərhəmətlisən, həqiqətən, Sən peşimançılığı qəbul edən, ağır günahları əfv Edən, həmişə Bağışlayansan.

-Əbdül-Bəha Abbas

Kömək və Yardım

Kömək və Yardım

6. Biz Sənin astananın bəndələriyik, Sənin müqəddəs Qapına sığınmışıq

bottom of page