Yığma, İlahi, Sənin adınla açılmış bayram süfrəsini və Sənin sönməz atəşinlə alovlandırılmış yanar odu söndürmə. Sənin cəlalın və zikrinin nəğməsi ilə şırıldayan o dirilik suyunu çağlamaqdan saxlama və Öz bəndələrini Sənin məhəbbətinin ətirlərini saçan o şirin rayihələrindən məhrum etmə.
İlahi! Öz övliyalarının dərdlərini yüngülləşdir, onların çətinliklərini rahatlığa, zillətini izzətə və qəmlərini sevincə çevir, Sən Ey bəşərin cilovunu ovcunda Tutan!
Sən, həqiqətən, Təksən, Vahidsən, Qüdrətli, Hər Şeyi Bilən və Ən Hikmətlisən.
-Əbdül-Bəha Abbas
Kömək və Yardım
Kömək və Yardım
-
Bəndələrindən seçilmişlərin üçün yazdıqlarından məni məhrum etmə
-
Sənə şükrlərimi hansı dil bəyan edə bilər? Qafil idim, ayıltdın
-
Sənin günlərində səbrli olanları mükafatlandır və qəlblərini möhkəm
-
Yaxınlarımdan ayrılmışam, Sənin vasitənlə dünya əhlindən asılılıqdan
-
Çarəsizik, lütf eylə; fəqirik, sərvət dəryandan pay ver; möhtacıq, qane ey
-
Biz Sənin astananın bəndələriyik, Sənin müqəddəs Qapına sığınmışıq
-
Öz övliyalarının dərdlərini yüngülləş-dir, onların çətinliklərini rahatlığa çev