top of page
rayyu-maldives-photographer-yrUrQl76kN4-

Bəhai nigahı iki tərəfin ittifaqı və səmimi sevgi bağlılığıdır. Onlar, bununla belə, bir-birinin xasiyyətləri ilə tam tanış olmaları üçün çox ciddi diqqət göstərməlidirlər. Bu əbədi bağın etibarlılığı sarsılmaz əhdlə möhkəmləndirilməlidir və məqsəd ahəng, yoldaşlıq və birlik yaratmaq və əbədi həyata yetişmək olmalıdır.

 

Evlilik əhdi-peymanı ayəsi Kitabi-əqdəsdə şərtləndirildiyi kimi, ayrıca bəy və gəlin tərəfindən Ruhani Məhfilin qəbul etdiyi ən azı iki şahidin hüzurunda söylənməlidir:

 

"Biz hamımız, həqiqətən, Allahın iradəsinə tabe olacağıq."

Odur Əta Edən və Kəramətli! Qədim, Daimi, Dəyişməz və Əbədi Allaha həmd olsun! Özü Öz Varlığına şəhadət vermiş Allah ki, O, həqiqətən, Tək, Vahid, Qeyri-Məhdud və Ucadır. Biz isə Onun vəhdaniyyətini qəbul edərək və Onun təkliyini etiraf edərək şəhadət veririk ki, həqiqətən, ondan başqa Allah yoxdur. O, əzəldən Özünün əlçatmaz yüksəkliyində, ucalığının zirvəsində, Özündən başqalarının zikrindən müqəddəs, Özündən özgələrin vəsfindən pakdır.

Və o zaman ki, O, bəşərə öz fəzl və ehsanını zahir etməyi və dünyanı nizama salmağı iradə etdi, O hökmlər nazil eylədi və qanunlar yaratdı; onların arasında O, nigah hökmünü müəyyən etdi, onu rifah və nicat qalası kimi təsis etdi və bizə Onun Ən Müqəddəs Kitabında müqəddəslik səmasından nazil etdiklərini əmr etdi. Cəlalı ulu olan Allah buyurur: "İzdivaca girin, ey insanlar, ta ki, Mənim bəndələrim arasında Məni zikr edənlər dünyaya gəlsin. Bu Mənim sizlərə hökmümdür; özünüzə yardımçı kimi ondan möhkəm yapışın."

-Bəhaullah

Bəhai Nigah

Nigah Duaları

1. Biz hamımız, həqiqətən, Allahın

iradəsinə tabe olacağıq

bottom of page