top of page
rayyu-maldives-photographer-yrUrQl76kN4-

Alqış Sənə, Ey mənim Allahım! Həqiqətən, Sənin bu bəndən və bu kənizin Sənin mərhəmətinin kölgəsinə daxil olub və Sənin lütf və səxavətinlə qovuşublar. Ya Rəbb! Sənin bu dünyanda və mələkutunda onlara yardım eylə və Öz kəramət və fəzlinlə onlara hər cür xeyir-bərəkət qismət eylə. Ya Rəbb! Onları Sənə bəndəlikdə müvəffəq eylə və Sənə xidmətdə onlara yardım et. Onlara izn ver ki, Sənin Adının bu dünyada nişanələri olsunlar. Bu dünyada və axirətdə tükənməz bəxşişlərinlə onları hifz eylə. Ya Rəbb! Onlar Sənin mərhəmət səltənətinə yalvarır və Sənin təklik hökmranlığını diləyirlər. Həqiqətən, onlar Sənin hökmünə itaət etməklə evləniblər. Onları sonadək ahəng və birlik nişanələri eylə. Həqiqətən, Sən Qadirsən, Hər Yerdə Var Olan və Qüvvətlisən!

-Əbdül-Bəha Abbas

Nigah Duaları

Nigah Duaları

3. Onlar Sənin hökmünə itaət etməklə ev-ləniblər- ahəng və birlik nişanələri eylə

bottom of page