top of page
Picture1.png

Ucalsın Sənin Adın, Ya Rəbb, mənim Allahım! Bax, gözlərim Sənin mərhəmətinin möcüzələrini görmək intizarındadır, qulağım Sənin şirin nəğmələrini eşıtmək həsrətindədir, ürəyim Sənin irfan suların üçün yanır. Sən bu kənizini görürsən, Ey mənim Allahım, Sənin mərhəmət sarayının qarşısında dayanıb və Səni o Adınla çağırır ki, Sən onu bütün adlardan üstün etmisən və yerdə və göydə olanların üzərində ucaltmısan. Ona Öz mərhəmət nəsimlərini nazil eylə ki, o büsbütün özündən keçib tamamilə o məqama cəzb olunsun ki, Sənin üzünün cəlalı ilə nurlanıb, Sənin hökmranlığının şəfəqlərini uzaqlara yayır və Sənin taxtın kimi bərqərar olub. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Ən Cəlallı, Ən Kəramətli Allah.

 

Yalvarıram Sənə, İlahi, Səni axtaran kəsləri rədd etmə, qədəmlərini Sənə tərəf yönəldənləri qovma və Öz fəzlini Səni sevənlərdən əsirgəmə. Sən O Kəssən ki, İlahi, Özünü Mərhəmət Sahibi, Ən Şəfqətli adlandırıb. Elə isə Sənin pənahını axtaran və üzünü Sənə tutan bu kənizınə rəhm eylə.

 

Sən, həqiqətən, Həmişə Bağışlayan, Ən Mərhəmətlisən.

-Bəhaullah

Qadınlar Üçün Dualar

Qadınlar Üçün Dualar

6. Sən bu kənizini görürsən- mərhəmət sarayının qarşısında dayanıb və Səni

bottom of page