top of page
vasily-koloda--x-Brii2QaM-unsplash.jpg

İlahi! İlahi! Sənin bu bəndən, Sənə tərəf gəlib, Sənin məhəbbət səhranda divanə olub, Sənin xidmət yolunda addımlayır, Sənin lütfünü gözləyir, kəramətinə ümid edir, mələkutuna təvəkkül edir və Sənin bəxşiş şərabından məst olub. Ey mənim Allahım! Onun Sənə məhəbbətindəki hərarətini, Səni tərif etməkdə sabitliyini, Sənə eşqindəki vurğunluğunu artır. Həqiqətən, Sən Ən Səxavətlisən, bol fəzl Sahibisən. Səndən başqa Allah yoxdur, Bağışlayan, Mərhəmətli Allah.

-Əbdül- Bəha Abbas

Ruhani İnkişaf 

Ruhani İnkişaf dualar 

12. Sənin xidmət yolunda addımlayır, lütfünü gözləyir, kəramətinə ümid edir

bottom of page